İnkişaf etmiş ölkələrin valyutalarının dinamikası sabit qalıb

12:45 - 21.06.2019


21 iyun, Fineko/abc.az. İnkişaf etməkdə olan ölkələrin (İEOÖ) valyuta indekslәri ABŞ dollarına nisbәtdә әhәmiyyәtli dәrәcәdә güclәnәrәk 2018-ci ilin ortalarındakı sәviyyәyә geri dönüb.

Bu barədə məlumat Mərkəzi Bankın Pul Siyasəti İcmalının yanvar-mart ayları üçün açıqladığı hesabatında vurğulanıb.

Hesabatda qeyd olunub ki, bir çox valyutanın volatilliyi 2018-ci ilin IV rübü ilә müqayisәdә әhәmiyyәtli dәrәcәdә azalıb. Ötәn ilin ikinci yarısında әn çox valyuta tәzyiqi yaşayan ölkәlәrin (Türkiyә vә Argentina) valyutalarının sәrt pul siyasәti vә hökumәtin sәylәri nәticәsindә I rüb әrzindә ABŞ dollarına qarşı kәskin ucuzlaşması sәngiyib. İnkişaf etməkdə olan ölkələrdən fərqli olaraq inkişaf etmiş ölkələrin valyutalarının dinamikası nisbәtәn sabit olub.

Вся лента