Bakı Şəhər İcra Hakimiyyəti açıq tender elan edir

15:02 - 21.06.2019


21 iyun, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyəti şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq, məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün açıq tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün  sənədləri  11 iyul 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanəti 19 iyul 2019-cu il saat 17.00-dək təqdim olunmalıdır.

Əlaqələndirici şəxs- Əhməd Məmmədov. Tel.: (994 12 ) 496-52-04. Ünvan: Bakı, İstiqlaliyyət küçəsi 18.

Вся лента