Yaxın zamanda "forma 4" elekton qaydada veriləcək

11:36 - 24.06.2019


24 iyun, Fineko/abc.az. Avtomobil qəzası zamanı 1000 manata qədər olan zərər zamanı Dövlət Yol Polis idarəsindən alınan "forma 4-ə" ehtiyac yoxdur.

Bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov açıqlama verib.

Onun sözlərinə görə, artıq "forma 4"-ün verilməsi də elektronlaşdılıb və yaxın zamanlarda onun tətbiqinə başlanılacaq: "Burada məqsəd sığorta ödənişinin maksimum tez həyata keçirilməsi və bu zaman 3-cü şəxslərin iştirakını minimuma endirməkdir. Bu sistemin tətbiqindən sonra qəza zamanı həm də vaxt itkisi aradan qalxmış olacaq".

Вся лента