Azexport İsrailə biyan ixrac edəcək

12:02 - 24.06.2019


24 iyun, Fineko/abc.az. Azərbaycanda səfərdə olan İsrailin ən böyük biyan kökü və ekstraktı idxalçısı “F&C Licorice Group” şirkətinin nümayəndələri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycandan biyan kökü ixrac edən şirkət nümayəndələri ilə görüşü təşkil olunub.

Görüşdə Azərbaycandan növbəti mövsüm illik müqavilə üzrə 2,5 - 3 min ton biyan kökü məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə olunub.

Bu barədə Azexport portalının meneceri Ayxan Qədəşov bildirib.

Qeyd edək ki, Azərbaycanda biyan kökü məhsulu əsasən Çin, Sinqapur, Hindistan, İsrail, İran kimi ölkələrə ixrac olunmaqla yanaşı, daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur.

Вся лента