Firdovsi Ağaşirinov: Sığorta ödənişlərinin verilməməsi barədə şikayətlər çox olur

12:51 - 24.06.2019


24 iyun, Fineko/abc.az. Sığorta ödənişlərinin verilməməsi ilə bağlı şikayətlər olur, amma bunların əksəriyyəti haqsız şikayətlərdir.

Bunu Maliyyə Bazalarına Nəzarət Palatasının Sığorta Fəaliyyətinə nəzarət departamentinin rəisi Firdovsi Ağaşirinov deyib.

Palataya sığorta ödənişlərinin verilməməsi barədə şikayətlərin daxil olduğunu deyən F.Ağaşirinov məsələyə aydınlıq gətirdi: "Şikayətləri araşdıran zaman məlum olur ki, sürücü qəza törədən zaman içkili olub və ya etdiyi narazılığı düzgün ifadə etməyib. Belə hallar çox olur".

 

Вся лента