ASAN Beynəlxalq Assosiasiyası yaradılır

17:20 - 24.06.2019


24 iyun, Fineko/abc.az. BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində iyunun 24-də dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb.

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasının təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

Sənədi Azərbaycan, Türkiyə, Mərakeş, Monteneqro, İndoneziya, Əfqanıstan, Uqanda və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri imzalayıblar.

Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə tərəfdaşlar arasında dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə nadir əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspertlərin, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.

Вся лента