Dekabrın 6-da Azərbaycandan Ciddəyə ixrac missiyası göndəriləcək

16:25 - 4.12.2017


4 dekabr, Fineko/abc.az. "Made in Azerbaijan" brendinin təşviqi məqsədi ilə, Azərbaycan  6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistana növbəti ixrac missiyasını göndərəcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, ixrac missiyası çərçivəsində Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanın iri bazarlarında olacaqlar.

"İxrac missiyasının tərkibinə, meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsul, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı ilə məşğul olan 13 Azərbaycan şirkəti daxildir", - məlumatda belə deyilir. İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları həmçinin Səudiyyə Ərəbistan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, iri supermarket şəbəkələrinə baş çəkəcəklər.

 

 

Вся лента