6 kiloqramdan çox narkotik vasitənin satışının qarşısı alınıb

17:28 - 4.12.2017


4 dekabr, Fineko/abc.az. Azərbaycan gömrükçüləri, 6 kiloqramdan çox həşişin satışının qarşısını alıblar.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycanın gömrük orqanları  İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitənin satışının qarşısını alıblar.

“Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində 6 kq həşişin şərti alıcıya satılması zamanı Azərbaycan Respublikasının vətəndaşı Zəka Əliyev saxlanılmışdır”, - Azərbaycan Respublikası Gömrük Komitəsindən verilən məlumatda belə deyilir.

Müsadirə edilmiş narkotik vasitə Azərbaycanın ərazisinə İran İslam Respublikasının vətəndaşları tərəfindən qaçaqmalçılıq yolu ilə gətirilmişdir.

Z. Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Вся лента