Azercell-dən unikal “Virtual ATS” xidməti

04.12.2017,17:32


Azərbaycan rabitə bazarında ilklərə imza atan, unikal xidmətləri ilə seçilən  Azercell daha bir yeniliyi abunəçilərinə təqdim edir.

Belə ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər.

Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.

Virtual ATS xidməti mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır. Bir sözlə, Virtual ATS biznesinizi genişləndirən zaman və ya yeni bir ofisə keçdiyinizdə əvəzsizdir. Həmçinin bu xidmət adi telefon stansiyasının qoşulması çətin olduğunda və ya əlavə xərc tələb etdiyində zəruri olacaq.Virtual ATS xidmətin  üstünlüklərinə gəldikdə isə

  • Mini ATS və əlavə avadanlıq almaq tələb olunmur
  • Şirkət nömrəsi bütün ofis və filialları üçün eyni olacaq

Azercell mobil ehtiyaclarınıza uyğun olaraq, sizə “Standart” və “Premium” Mobil ATS paketlərini də təqdim edir.

Standart paket

Qoşulan
nömrələrin sayı
Şirkətdaxili nömrələrə
göndərilən SMS sayı
Qiymət, AZN
1 – 10 500 SMS 100 AZN
11 – 30 1000 SMS 250 AZN
31 – 100 3000 SMS 600 AZN
101 və daha çox 10 000 SMS 750 AZN

Premium paket

Qoşulan
nömrələrin sayı
Şirkətdaxili nömrələrə
göndərilən SMS sayı
Qiymət, AZN
1 – 10 1500 SMS 250 AZN
11 – 30 3000 SMS 550 AZN
31 – 100 9000 SMS 1500 AZN
101 və daha çox 30 000 SMS 1800 AZN

 

 

Ключевые слова: Azercell