Azərbaycanda turizm reyestri yaradılacaq

12:48 - 27.06.2019


27 iyun, Fineko/abc.az. Azərbaycanda turizm sahəsinin sistemləşdirilməsinə ehtiyac var.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının birinci Assambleyasında Turizm üzrə Dövlət Agentliyinin sədri Fuad Nağıyevin bildirdiyi kimi, 2019-cu ilin sonunadək Azərbaycanda turizm agentlikləri, mehmanxanalar və bütövlükdə turizm sahəsində fəaliyyət göstərən təşkilatlar haqqında məlumatı əhatə edəcək reyestr yaradılacaq.

“Hazırda Azərbaycanda 3 minə yaxın turizm agentliyi fəaliyyət göstərir. Bu sahənin sistemləşdirilməsinə ehtiyac var. Reyestrin hazırlanmasında bizə Azərbaycan turizm agentlikləri Assosiasiyası kömək edəcək. Həmçinin biz “Turizm haqqında” yeni qanunun hazırlanması üzərində işləyirik”, - deyə Fuad Nağıyev bildirib.

 

Вся лента