AAHM kursantları artilleriya qurğularından döyüş atışları icra ediblər

09:53 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq, kursantlar təlim mərkəzində artilleriya qurğularından döyüş atışları yerinə yetiriblər.

Müdafiə Nazirliyinin xəbərində deyildiyi kimi, hazırlığın son mərhələsində  şəxsi heyət  xüsusi və döyüş hazırlığı üzrə fənləri öyrənib, həmçinin haubitsa və minaatanlardan döyüş atışları yerinə yetirib.

“Əsas təlim, istənilən hava şəraitini modelləşdirməyə və müxtəlif raket və artilleriya sistemlərinin atəşlərini təqlid etməyə imkan verən müasir kompüter trenajorlarında aparılıb”, - məlumatda belə deyilir.

 

Вся лента