10:14 - 5.12.2017
5 dekabr, Fineko/abc.az. “PROGRESS-SIĞORTA AGENTLIYI” MMC-nin fəaliyyəti üçün verilmiş lisenziyanın qüvvəsi 1 ay müddətinə dayandırılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, şirkətə, öz fəaliyyətində nöqsanların aradan qaldırılması üçün bir ay vaxt verilib.
“Aparılmış yoxlama zamanı şirkətin fəaliyyətində sığorta qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmişdir. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmamışdır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmamışdır”, - Palatanın məlumatında belə deyilir.
Nöqsanların təqdim edilmiş vaxt ərzində aradan qaldırılmayacağı təqdirdə həmin sığorta agentliyinin lisenziyasının ləğvi məsələsinə baxılacaq.
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
24 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
25 Апрель 2024