İbrahim Alışov: “Forma 4"-ün elektronlaşdırılması şəffaflığı təmin edəcək

10:24 - 28.06.2019


28 İyun, Fineko/abc.az. Bundan sonra qəza hadisələri zamanı Dövlət Yol Polis İdarəsindən verilən "forma 4" elektron formada veriləcək.

Bunu "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" adlı Beyməlxalq Sığorta Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vəzifələrini icra edən İbrahim Alışov deyib.

O qeyd edib ki,  bu həm şəffaflığı təmin edəcək, eyni zamanda ödənişlərin də vaxtında verilməsinə gətirib çıxaracaq: "Qeyd etdiyim "forma 4"-ün elektron formada tətbiqi avtomobil sığortası sahəsində inqilabi dəyişiklik yaradacaq. Məmur vətəndaş münasibətini minimuma endirəcək. Həmçinin qəza zamanı sığorta ödənişinin operativliyinə səbəb olacaq".

 

Вся лента