May ayında ölkəyə gələn əcnəbilərin sayında artım müşahidə olunub

11:56 - 28.06.2019


28 iyun, Fineko/abc.az. Cari ilin may ayı üzrə ölkəyə gələn turist sayının artması müşahidə olunub.

Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanı 18 % və ya 246 min daha çox xarici vətəndaş ziyarət edib.

Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Belə ki, artımın ən böyük hissəsi Rusiya (11 min), Gürcüstan (10 min) və Qərbi Avropa (8.9 min) ölkələrinin payına düşür.

Qərbi Avropa regionu 102 %, mərkəzi Asiya ölkələrindən gələnlərin sayında isə 58 % artım müşahidə olunub.

Yekun olaraq, 2019-cu ilin yanvar-may aylarında Azərbaycana gələn xarici səyahətçilərin ümumi sayı 2018-ci ilin eyni dövrünə nisbətdə 4 faiz artıb.

Вся лента