Dövlət Turizm Agentliyi kotirovka sorğusu elan edir

12:36 - 28.06.2019


28 iyun, Fineko/abc.az. Dövlət Turizm Agentliyi Azərbaycanın turizm əhəmiyyətli regionlarında yerli və xarici, eləcə də ölkədən gedən turistlər arasında sorğunun aparılması xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

Elanda qeyd olunur ki, kotirovka təklifi tələb olunan formada hazırlanaraq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 11 iyul 2019-cu il saat 18.00-a qədər təqdim olunmalıdır.

Telefon : (994 12) 505 87 04 (əlavə 2303). Ünvan: Bakı, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbə.

 

Вся лента