“Muğanbank”-ın likvidlik mövqeyi stabil olaraq qalıb

17:10 - 28.06.2019


28 iyun, Fineko/abc.az. 2018-ci ildə və 2019-cu ilin ilk beş ayı ərzində “Muğanbank”-ın likvidlik mövqeyi stabil olaraq qalıb, bankın likvid aktivlər ehtiyatı onun həm normal, həm də böhran dövründə öhdəliklərini ödəmək üçün yetərli olub.

Bu barədə məlumat “Muğanbank”-ın yaydığı hesabatda açıqlanıb.

Hesabat əsasən, 1 aprel 2019-cu il tarixə,  bankın genişhəcmli likvid aktivləri onun cəmi müştəri depozitlərinin təxminən 22%-ni əhatə edib, yüksək likvid akitvləri isə həmin tarixdə cəmi aktivlərin 7.0%-ni təşkil edib. Həmçinin ötən il ərzində, “Muğanbank”, əmanətçilərin artan inamı və müştərilərin vəsaitləri üzrə təklif etdiyi nisbətən yüksək faiz dərəcələri sayəsində müştəri depozitlərini artırmağa nail olub.

 Hesabatda o da qeyd olunur ki, stabil müştəri depozitləri, habelə ümumsistem dövlət dəstəyi proqramı çərçivəsində əldə edəcəyi əlavə likvidlik hesabına  “Muğanbankın likvidlik buferinin adekvat səviyyədə qalacağını gözləyirik.

 

Вся лента