Qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb

17:30 - 28.06.2019


28 iyun, Fineko/abc.az. İyun sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

Bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin iyun sayında dərc edilib.

Qeyd olunur ki , bu ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

"MKT İstehsalat Kommersiya" MMC, “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Caspian enerji-2020" MMC, "P-Aqro" MMC, "Food Export Şəmkir" MMC, “Sun Food" MMC, "Baku Steel Company", "Nine Climate" MMC, "Aqrovest" MMC.

Вся лента