Neftin qiymətləri yüksəlir

09:56 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,37 (0,55%) yüksəlib. Beləliklə, neftin bir barelinin qiyməti 67,67 dollar təşkil edib.

Cümə günü, Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi dəyişmədi və bir barelə 66,55 dollar səviyyəsində qaldı.

Bazar ertəsi Brent neftinin sentyabr fyuçersi başlandı və saat 9:20-də 1,58 dollar (2,44%) bahalaşaraq 66,32 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 28-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,96 dollar (1,62%) enərək bir barelə $58,47 təşkil etmişdir. 

 “WTI” markalı neftin avqust fyuçersi bazar ertəsi günü saat 9:20-də 1,38 dollar (2,36%) bahalaşaraq 59,85 dollar / barelə təşkil etmişdir.

 

Вся лента