Dövlət Gömrük Komitəsinin Avropa Regionuna rəhbərliyi təsdiqlənib

10:32 - 1.07.2019


1 iyul, Fineko/abc.az. İyunun 29-da Ümumdünya Gömrük Təşkilatının Brüsseldə keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları  başa çatıb.

Keçirilən son iclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avropa Regionuna rəhbərliyi təsdiqlənib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bütün üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin təmsil olunduğu Gömrük Əməkdaşlıq Şurası ÜGT-nin ali orqanıdır.

Avropa regionu üzrə Sədr müavini qismində Azərbaycan həm Şuranın, həm də Siyasi  Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edərək, Avropa regionu gömrük xidmətlərinin maraqlarını qoruyacaq. Qeyd edilir ki, ÜGT Avropa Regionu özündə 52 ölkə və Avropa İttifaqı olmaqla, toplam 53 üzvü birləşdirən ən böyük regiondur.

 

Вся лента