2019-cu ilin iyun ayında SOFAZ may ayı ilə müqayisədə 10,4% az valyuta satıb

10:49 - 2.07.2019


2 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) xarici valyuta satışlarının yerli bazarda şəffaflığını qoruyur.

SOFAZ-ın məlumatına görə, 2019-cu ilin iyun ayında hərraclarda $315,9 milyon həcmində valyuta satıb ki, bu da may ayından $36,5 milyon (10,36%) azdır.

2019-cu ilin may ayında valyuta hərraclarında $352,4 milyon, apreldə $423,7 milyon, martda $600,5 milyon, fevralda $316,2 milyon və yanvarda $634,9 milyon satılıb.

Cəmi 2019-cu ildə, yarım il ərzində SOFAZ valyuta hərraclarında $2643,6 milyon həcmində valyuta satıb. 2018-ci ildə $6460,4 milyon, 2017 il ərzində isə  $3597,8 milyon satıb.

 

Вся лента