Bakı metropoliteninə daha 20 vaqon gətiriləcək

15:48 - 2.07.2019


2 iyul, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC-dən verilən məlumata əsasən, Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin Bakı metropoliteni üçün istehsal etdiyi 10 vaqondan ibarət iki qatar tərkibi bu gün xəttə buraxılıb.

"Metrovaqonmaş” ASC-nin istehsal etdiyi texnoloji innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsub 81-765.B/766.B modelli vaqonların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovatdır.

Yeni vaqonların sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən üstünlüklərə malikdir.

Qeyd edək ki, "Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, 2019-cu il ərzində Bakı metropoliteninə daha 20 vaqon gətiriləcək.

 

Вся лента