Facebook cərimələndi

10:42 - 3.07.2019


3 iyul, Fineko/abc.az. Almaniya hökuməti "Facebook"u 2 milyon avro (2,3 milyon dollar) cərimələyib.

Xarici medianın yazdığına görə, cəriməyə səbəb "Facebook"-un internet şəffaflığı ilə bağlı ölkə qanununu pozmasıdır.

Bununla yanaşı Almaniya Federal ədliyyə idarəsinin məhkəmə orqanına sosial şəbəkənin natamam informasiya ilə çaşdırıcı məlumat yaratması haqqında şikayətlər daxil olub.

 

Вся лента