Özəlləşdirilən “Varvara Balıq” ASC yenidən fəalliyətə başlayır

12:14 - 3.07.2019


3 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cari ilin 12 aprel tarixində “Varvara Balıq” ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edilmişdi.

Komitədən verilən məlumata görə, açıq səsvermə yolu ilə “Az Varvara” Məhdud Məsuliyyətli Cəmiyyəti “Varvara Balıq” ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Qeyd edilir ki, qalib şirkət müəssisənin müasir texnologiyalar əsasında yenidən qurulması üçün 12 milyon manat investisiya yatıracaq. Həmçinin dövlət büdcəsinə 1 milyon 250 min manat məbləğində pul vəsaitinin köçürülməsini üzərinə götürüb.

Bu açıq səhmdar cəmiyyətinin yenidən qurulması bəzi nəsli kəsilməkdə olan balıqların çoxalmasına şərait yaradacaq. Bölgə, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır.

Həmçinin qeyd edilir ki,  müəssisəyə qoyulması nəzərdə tutulan investisiyaların bir il ərzində yatırılması, görüləcək işlər nəticəsində 150 yeni iş yerinin yaradılması planlaşdırılır.

Вся лента