Bank “BTB” ASC yeni “Sumqayıt” filialını açdı

05.12.2017,13:03


Filial şəbəkəsinin optimallaşdırılması layihəsinə əsasən Bank “BTB” ASC Sumqayıt şəhərində yeni “Sumqayıt” filialını açdı. Yeni satış nöqtəsi Sumqayıt səhəri, 3-cü məhəllə, Azadlıq küçəsi 7, 6/21 ünvanında yerləşir.

Bank “BTB”-nin “Sumqayıt” filialında müştərilərə geniş bank xidmətləri təklif ediləcək. Burada müştərilər hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və sair ödənişlər, lombard və ipoteka kreditləri, valyuta mübadiləsi və digər bank xidmətlərini təklif olunacaq. Müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumatları filialda çalışan peşəkar mütəxəssislərdən ala biləcəklər. “Sumqayıt” filialı müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri imkanlara malikdir.

Xidmət nöqtəsinin açılışında bankın rəhbərliyi iştirak edərək filialın əməkdaşlarına və rəhbərliyinə uğurlar arzuladılar. Qeyd edək ki, Bank “BTB” filial şəbəkəsinin optimallaşdırılması istiqamətində bir necə tədbirlər həyata keçirmişdir. Belə ki, 14 oktyabr 2017-ci ildə “Gəncə” filialı yeni ünvanda fəaliyyətinə davam edib. Layihə çərçivəsində filiallarda vahid korporativ interyer dizayn elementləri tətbiq edilir.

Bank “BTB” 2010–ci ildə təsis olunub və universal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın Baş Ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 9 filialı, 8 şöbəsi var.

Bank xidmətləri haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzidən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Ключевые слова: BTB