Bu il Energetika Nazirliyi tərəfindən 86 icazə verilib

14:51 - 4.07.2019


4 iyul, Fineko/abc.az. Bu ilin II rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların  ixracı, idxalı və tranziti üzrə 52 icazə verilib. Bu icazələrdən 44-ü ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixrac nəzarətinə düşən malların ixracı, 7-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

Bu barədə Energetika Nazirliyi məlumat verib.

Qeyd edilir ki, rüb ərzində 44 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Ümumilikdə 2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların ixracı, idxalı və tranziti üzrə 86 icazə verilib. Bunlardan 69-u ixrac nəzarətinə düşən malların idxalı, 2-i ixrac nəzarətinə düşən malların ixracı, 15-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub. 76 icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Вся лента