Azərbaycanın Vergilər Nazirliyi yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinin birinci mərhələsini yekunlaşdırır

16:50 - 4.07.2019


4 iyul, Fineko/abc.az. Vergilər Nazirliyi cari ilin iyul ayında Bakının iri supermarketlər şəbəkələrində quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatlarının nazirliyin İnformasiya Sistemi ilə inteqrasiyası üzrə işləri başa çatdıracaq.

Nazirliyin məlumatında deyilir ki, birinci mərhələdə, yanacaqdoldurma məntəqələrində və iri supermarketlər şəbəkələrində yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasını nəzərdə tutulur.

“Vergilər Nazirliyi tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. Artıq Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələ çərçivəsində işlər icra olunur”, - nazirlikdən verilən məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Nəzarət-kassa aparatlarının tətbiqi Qrafikinin birinci mərhələsində “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrinin inteqrasiyası nəzərdə tutulub.

Nazirlikdə həmçinin qeyd edirlər ki, yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.

Nazirlik xəbərdarlıq edir ki, kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.

 

Вся лента