Məşhur bank kütləvi ixtisarlar edəcək

08.07.2019,17:11


8 iyul, Fineko/abc.az. Dünyanın ən məşhur banklarından olan “Deutsche Bank” kütləvi ixtisarlar edəcək. Xarici medianın verdiyi məlumata görə, bank 18 min işçisini ixtisar etməyi düşünür.

İxtisar 2022-ci ilədək həyata keçiriləcək və bununla da bankın işçi sayı 91,5 mindən 74 minə enəcək.

Bankın rəsmi açıqlamasında bildirilir ki, bu qərar bankın yenidənqurma planına əsasən həyata keçiriləcək. Sözügedən plana sərf olunan xərclərə görə “Deutsche Bank” cari ilin ikinci rübündə 2,8 milyard avro xalis zərər açıqlaya bilər.