Bakıda “ADA – Avropa Birliyi 2019” yay məktəbi fəaliyyətə başlayıb

18:17 - 8.07.2019


8 iyul, Fineko/abc.az. İyulun 8-də ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA – Avropa Birliyi 2019” adlı 4-cü yay məktəbi fəaliyyətə başlayıb.

Dörd həftə davam edəcək yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması və s. barədə ətraflı məlumat veriləcək və məktəblilər üçün intellektual oyunlar təşkil olunacaq.

Yay məktəbində iştirakçılara həmçinin, müxtəlif mövzularda mühazirələr oxunacaq.

İştirakçılar təkrar emal müəssisələrinə səfər edəcək, tullantıların utilizə prosesini əyani şəkildə izləyəcəklər.


Вся лента