“Azeri Light” neftinin qiyməti yüksəlib

09.07.2019,10:16


9 iyul, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı nefti 0,52 (0,79%) bahalaşıb və bir barelə 66,55 dollar təşkil edib.

Bazar ertəsi günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,12 dollar (0,19%) enərək bir barelə 64,11 dollar təşkil etmişdir.

Çərşənbə axşamı günü Brent neftinin sentyabr fyuçersi saat 9:15-də 0,15 dollar (0,23%) ucuzlaşaraq 63,96 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyulun 8-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,15 dollar (0,26%) qalxaraq bir barelə $57,66 təşkil etmişdir. 

 “WTI” markalı neftin avqust fyuçersi çərşənbə axşamı günü saat 9:15-də 0,20 dollar (0,35%) enərək 57,46 dollar / barelə təşkil etmişdir.