Bitkoin yenə bahalaşdı

10:19 - 9.07.2019


9 iyul, Fineko/abc.az. Ən populyar kriptovalyutanın qiyməti kəskin şəkildə artıb.

$12 min səviyyəsini ötən bitkoin son 24 saat ərzində dünyanın ən bahalı kriptovalyutası olub.

11,05% bahalaşaraq, o indi  $12 707 səviyyəsində ticarət olunur.

Ümumilikdə isə son bir həftə ərzində Bitkoinin qiyməti  $9600-$11900 arasında tərəddüd etmişdi.

 

Вся лента