“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kotirovka sorğusu elan edir

12:07 - 9.07.2019


9 iyul, Fineko/abc.az. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq, məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün kotirovka sorğusu elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar imzalanıb möhürlənmiş zərfdə kotirovka təklifini 11 iyul 2019-cu il saat ¬15.00-dan gec olmamaq şərtilə  təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Əhməd Məmmədov, telefon (994 12) 496-52-04.

Ünvan: Bakı, N.Rəfiyev küçəsi 17.

 

Вся лента