Bakı-Ağstafa-Qazax-Bakı qatarı ləğv edilir

12:34 - 10.07.2019


10 iyul, Fineko/abc.az. Sərnişin qatarlarının hərəkət qrafikinin optimallaşdırılması məqsədilə Bakıdan iyulun 15-dən, Qazaxdan isə iyulun 16-dan etibarən 98/97 nömrəli Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı ləğv edilir.

Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişinlərə müraciətində deyilir.

Qeyd olunur ki, sonuncu dəfə 98 saylı qatar Bakıdan iyulun 14-də, Qazaxdan geriyə isə 97 nömrəli qatar iyulun 15-də yola düşəcək.

Вся лента