Banklarda 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı tutulur

13:43 - 10.07.2019


10 iyul, Fineko/abc.az. "Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı müəyyənləşdiriblər".

Bunu iqtisadçı ekspert Vuqar Bayramov deyib.

O qeyd edib ki,  bu o deməkdir ki, vətəndaş 500 nominallı avro əskinası ilə əməliyyat aparırsa o zaman əlavə olaraq 1 faiz ödəməlidir: "Məsələn, 500 əskinaslıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir".

Ekspertin fikrincə, bankların tədavüldə istifadəsi davam edən əskinas üçün əlavə ödəniş müəyyənləşdirilməsi bir daha göstərir ki, əksər banklarımızı sadəcə necə olur-olsun gəlir əldə etmək maraqlandırır. Halbuki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əskinaslarının ölkə daxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan etmişdi.

Вся лента