İkinci Şopinq Festivalı çərçivəsində təxminən 34 milyon manatlıq mal alınıb

05.12.2017,17:09


5 dekabr, Fineko/abc.az. Oktyabrın 15-dən noyabrın 15-dək keçirilən ikinci Bakı Şopinq Festivalı çərçivəsində 33826,864 min manat məbləğində mallar əldə edilib.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, Şopinq Festivalında iştirak etmək üçün 643 mağaza qeydiyyata alınmışdır. Onların sırasında 493 mağaza ƏDV qaytarılması proqramına qoşulmuşdur.

“İkinci Şopinq Festivalı çərçivəsində 33826,864 min manat həcmində mallar əldə edilmişdir. Festivalın “Tax Free” sistemində  Vergilən Nazirliyi tərəfindən 48,422 ədəd hesab faktura təsdiqlənib. Banklar alıcılara 3366,702  min manat ƏDV qaytarıblar. Ümumi alış məbləğinin 10,2% həcmində əlavə ƏDV qaytarılması qeyd edilir”, - məlumatda belə deyilir.

Mədəniyyət və Turzim Nazirliyinin məlumatına əsasən, ikinci Şopinq Festivalı dövründə yalnız oktyabr ayında Azərbaycanı  204,686 min turist ziyarət edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə  13% çoxdur.

 

Ключевые слова: Şopinq Festival shopping festival