SOCAR Çinin İpək Yolu Fondu ilə müzakirələr aparıb

11:42 - 11.07.2019


11 iyul, Fineko/abc.az. İyulun 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Rövnəq Abdullayev  Çinin İpək Yolu Fondunun böyük investisiya imkanlarından danışmış və Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqqında qonaqları məlumatlandırmış, gələcəkdə həyata keçiriləcək enerji layihələrində Çinlə əməkdaşlıq perspektivlərindən söz açmışdır.

İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjun Fondun müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirərək, bu istiqamətdə Azərbaycanla da əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Fond rəhbəri SOCAR-ın fəaliyyətini yaxından izlədiklərini, şirkətin inkişaf konsepsiyası ilə tanış olduqlarını diqqətə çatdırmışdır.

 

Вся лента