Bank Avrasiyanın məcmu kapitalı artıb

11.07.2019,11:45


11 iyul, Fineko/abc.az. Bu il iyunun sonunda “Bank Avrasiya” 129 milyon 161 min manat cəmi öhdəliklərə və 66 milyon 735 min manat cəmi kapitala malik olub. Bu məlumat bankın hesabatında açıqlanıb. Hesabatda qeyd olunur ki, bank ötən il iyunun sonunda 105 milyon 763 min manat cəmi öhdəliklərə və 63 milyon 681 min manat cəmi kapitala malik idi.

30 İyun 2019-cu il tarixində “Bank Avrasiya” 66 milyon 289 min manat məcmu kapitala malik olub.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.