16:57 - 11.07.2019
11 iyul, Fineko/abc.az. OPEC-in aylıq hesabatında bildirilir ki, ötən ay OPEC-in neft istehsalı may ayı ilə müqayisədə 68 min barrel azalaraq gündəlik 29 milyon 830 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,3 % olub.
Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Nigeriya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) artırıb. Nigeriyanın sutkalıq hasilatı 129 min barrel çoxalaraq 1 milyon 855 min barrelə çatıb. Səudiyyə Ərəbistanında gündəlik istehsal 126 min barrel artaraq 9 milyon 813 min barrel olub. BƏƏ-də isə neft hasilatı 23 min barrel çoxalaraq sutkada 3 min 83 barrelə yüksəlib.
İyunda kartelə üzv ölkələrdə neft istehsalı ən çox İran, Liviya və Anqolada azalıb. İranın gündəlik hasilatı 142 min barrel azalaraq 2 milyon 225 min barrelə düşüb. Liviyada istehsal 58 min barrel geriləyərək sutkada 1 milyon 113 min barrel təşkil edib. Anqolada isə hasilat 57 min barrel azalaraq 1 milyon 418 min barrel təşkil edib.
Ötən ay dünyada 39 qazma qurğusu işə düşüb, ümumilikdə qurğuların sayı isə 2 min 378 olub. Həmin qurğuların 576-sı OPEC-ə üzv ölkələrdədir.
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024