AMB iyulun 15-də keçiriləcək depozit hərracında 100 milyon manat cəlb etməyi planlaşdırır

12.07.2019,11:36


12 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-in məlumatına görə, iyulun 15-də keçiriləcək depozit hərracında  bank 100 milyon manat məbləğində vəsaitin cəlb edilməsini planlaşdırır.

“Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi  6,51% - 8,49% təşkil edir”, - AMB-in məlumatında belə deyilir.

Hərraclar 2016-cı ilin iyun ayından etibarən keçirilir.