Bu il 23,6 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

12:24 - 12.07.2019


12 iyul, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-iyun aylarında 23,6 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 % çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,7 % artıb.

Sənaye məhsulunun 25,6 %-i emal sektorunda istehsal olunub.

Bu sektorda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, avtomobil , qoşqu və yarımqoşquların istehsalı 83,6 %, içkilərin istehsalı 65,2 % toxuculuq sənayesi məhsullarının istehsalı 51,2 %, hazır metal məmulatlarının istehsalı 47,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,8 %, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, kağız və karton istehsalı 28,6 %, mebel istehsalı 27,7 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,6 %, qida məhsullarının istehsalı 20 %, tütün məmulatlarının istehsalı 14,2 % artıb.

Neft məhsullarının istehsalı 1,5 %, elektrik avadanlıqlarının istehsalı 8 %, metallurgiya sənayesi məhsullarının istehsalı isə 18,2 % azalıb.

 

Вся лента