Cari ildə əsas kapitala 6,1 mlrd. manat vəsait yönəldilib

12:50 - 12.07.2019


12 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 131,6 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 68,4 %-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ümumi sərmayənin 63,8 %-i məhsul istehsalı sahələrinə, 26,6 %-i xidmət sahələrinə, 9,6 %-i isə ümumi sahəsi 1087,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,3 %-i təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,7 %, büdcə vəsaitləri 27,7 %, əhalinin şəxsi vəsaitləri 7 %, bank kreditləri 6,8 %, büdcədənkənar fondların vəsaitləri 1,4 %, digər vəsaitlər isə 0,4 % təşkil edib.

 

Вся лента