Bank hesablarının məsafədən açılmasına başlanılır

17:23 - 12.07.2019


12 iyul, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bank hesablarının məsafədən açılması prosedurunun təqdimatı keçirilib.

Palatadan bildirilib ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfinin icrası çərçivəsində məsafədən bank hesablarının açılması proseduru müəyyən edilib.

Yeni prosedura əsasən hüquqi və fiziki şəxslər bank hesablarının məsafədən açılması imkanı əldə edir.

Qeyd edilir ki, məsafədən bank hesabları gücləndirilmiş elektron imza, video görüntü, müvafiq informasiya resursunda autentifikasiya kimi üsullardan istifadə edilməklə açıla bilər.

Вся лента