Qızıl cüzi bahalaşıb

15.07.2019,10:09


15 iyul, Fineko/abc.az. Birjalarda satılan qızıl və gümüşün unsiyasının qiyməti açıqlanıb.

Məlum olub ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,90 dollar bahalaşıb və 1 413,10 dollara ticarət olunur.

Gümüşün unsiyasının qiyməti isə 0,02 dollar azalaraq 15,22 dollara satılıb.