Avqustdan əl-Küveyt-Bakı-əl-Küveyt aviareysləri başlayır

10:10 - 15.07.2019


15 iyul, Fineko/abc.az. Avqustun 1-dən “Kuwait Airways” aviaşirkəti  əl-Küveyt-Bakı-əl-Küveyt mövsümi reyslər həyata keçirəcək.

Bu barədə aviaşirkətin internet səhifəsində  xəbər verilir.

Qeyd edilir ki,  uçuşlar “Airbus A320-100/200” təyyarələri ilə yerinə yetiriləcək.  Əl-Küveyt-Bakı-əl-Küveyt reysləri həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bir istiqamət üzrə aviabiletlərin qiyməti 285 manatdan başlayacaq.

 

Вся лента