Neftin qiymətləri keçən həftəki artımdan sonra enir, “Azeri Light” bir barelə 68,70 dollar ucuzlaşıb

15.07.2019,10:12


15 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti 0,13 (0,19%) azalıb və bir barelə 68,70 dollar təşkil edib.

Bazar ertəsi günü neftin etalon markalı, keçən həftəki artımdan sonra, yavaş-yavaş enməyə başlayır. Keçən həftə “Brent”in qiyməti 3,9% artmışdır, “WTI” isə 4,7% kəskin bahalaşmışdır.

Cümə günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,20 dollar (0,3%) qalxaraq bir barelə 66,72 dollar təşkil etmişdir.

Bazar ertəsi günü “Brent” neftinin sentyabr fyuçersi saat 9:45-də 0,13 dollar (0,19%) ucuzlaşaraq 66,59 dollar /barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyulun 12-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,01 dollar (0,02%) qalxaraq bir barelə $60,21 təşkil etmişdir. 

“WTI” markalı neftin avqust fyuçersi bazar ertəsi günü saat 9:45-də 0,22 dollar (0,37%) enərək 59,99 dollar / barelə təşkil etmişdir.