Azəriqaz tender elan edir

10:58 - 15.07.2019


15 iyul, Fineko/abc.az. Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Şəmkir şəhəri yaxınlığında Bakı-Qazax yolunun sağ tərəfində yerləşən “Şəmkir Aqropark” MMC-nin qazlaşdırılması (sifariş 7-87-16 (D)) işlərinin satın alınması məqsədilə açıq tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar sənədləri ən geci 19 avqust 2019-cu il, saat 11.00-a qədər, tender təklifini və təklifin bank təminatını isə 28 avqust 2019-cu il, saat 11.00-a qədər təqdim etməlidirlər.

Əlaqələndirici şəxslər:

Şəhriyar Babayev - “Azəriqaz” İB-nin əsaslı tikinti şöbəsinin rəisi.

Telefon: (+994 12) 521-00-00 (daxili 29 047).

Teymur Cəfərov - “Azəriqaz” İB-nin yeni qazlaşma və inkişaf şöbəsinin rəisi.

Telefon: (+994 12) 521-00-00 (daxili 29 042).

Ünvan: Bakı, Xətai rayonu, Yusif Səfərov küçəsi 23.

 

Вся лента