Lirə yenə ucuzlaşa bilər

11:26 - 15.07.2019


15 iyul, Fineko/abc.az. "Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-“ səviyyəsinə endirib. Qurumun reytinq üzrə proqnozu da “Mənfi”dir.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O qeyd edib ki, təşkilat bunu Türkiyə Mərkəzi Bank sədrinin işdən azad olunması və eləcə də Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə əlaqələndirir:"“Fitch” təşkilatının qərarından sonra bu həftə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi gözlənilir. Okeanın o tayında sanksiyalar ilə bağlı qərar qəbul edilərsə, bu Türkiyə iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər. Əvvəla, “Fitch”in son qərarından sonra qardaş ölkənin sərmayə cəlbdiciliyinin azalacağı gözlənilir. ABŞ sanksiyaları isə yenidən lirənin ucuzlaşmasına səbəb ola bilər. Sanksiayalar qəbul ediləcəyi halda Türkiyədə dollara tələb yenidən yüksələcək, bu isə sözügedən ölkənin milli valyutasına iqtisadi və psixoloji təsiri gücləndiriəcək".

Вся лента