AMB depozit hərracında 100 milyon manat cəlb etdi

12:07 - 15.07.2019


15 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 15 iyul tarixində hərracda Mərkəzi Bank 100 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  724,8 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.

 

Вся лента