Cari ildə 786,6 mln. dollarlıq qeyri neft-qaz məhsulları ixrac edilib

12:45 - 15.07.2019


15 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatında əsasən, cari ilin yanvar-may aylarında ölkədən 786,6 milyon dollarlıq qeyri neft-qaz məhsulları ixrac olunub.

Qeyd edilir ki ,bu, ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 17,8 %, real ifadədə isə 12,6 % çoxdur.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 %), Türkiyəyə (23 %), Gürcüstana (9,8 %), İsveçrəyə (6,7 %), İtaliyaya (3,6 %), Ukraynaya (2,2 %), Yunanıstana (2 %), İrana (1,9 %), Çinə (1,8 %), Niderlanda (1,4 %) və Almaniyaya (1,4 %) göndərilmiş malların payı üstünlük təşkil edib.

 

Вся лента