Maliyyə Nazirliyi iyulun 16-da 8% gəlirliliyi olan 20 milyon manatlıq DOİ yerləşdirəcək

09:45 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, iyulun 16-da keçiriləcək hərracda AZ0105013756 nömrəli 20 milyon manatlıq DOİ satışı həyata keçiriləcək.

“İstiqrazın nomunal dəyəri 100 manat, tədavül müddəti 728 gün təşkil edəcək, faiz gəlirliyi 8%-dir. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edib”, -  BFB-in məlumatında belə deyilir.

 

Вся лента