Azərbaycan elektrik enerjisinin ixracının həcmini artırıb

12:06 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Son altı ayda ölkədən 1 milyard 212 milyon 815 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 51 milyon 835 min dollar təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilir.

Bildirilir ki, keçən ilin eyni aylarında Azərbaycandan 1 milyard 156 milyon 305 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 54 milyon 606 min dollar olmuşdu.

 

Вся лента